• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Xorvatiyadakı güləşçilərimiz: “Qələbəmizi şəhidlərin ruhuna ithaf edirik” - VİDEO

  • İdman
  • 6 Avqust 2014 12:34
  • 1 728 Baxış
Xorvatiyadakı güləşçilərimiz: “Qələbəmizi şəhidlərin ruhuna ithaf edirik” - VİDEO

Xorvatiyanın Zaqreb şəhərində güləş üzrə gənclər arasında dünya çempionatı start götürüb.

Çempionatın ilk günündə 50, 60, 74 və 96 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. İlk yarış günündə Zaqrebdə himnimiz 3 dəfə səslənib. Publika.az xəbər verir ki, ilk gündə 3 güləşçimiz qızıl medal qazanıb.


50 kq çəki dərəcəsində mübarizə aparan İbrahim Nurullayev ilk görüşdə erməni rəqibini tam üstünlüklə məğlub edib. Ardınca Koreya və Qazaxıstan təmsilçilərinə qalib gələn İbrahim finala yüksəlib. Finalda güləşçimiz Ukrayna təmsilçisini məğlub edərək qızıl medala sahib olub.


60 kq-da Elman Muxtarov da inamla güləşib. Qırğızıstan, Belarus, Finlandiya və Fransa güləşçiləri üzərində qələbə qazanan təmsilçimiz finala yüksəlib. Finalda onun rəqibi erməni güləşçisi olub. Gərgin keçən qarşılaşmada düzgün taktika seçən güləşçimiz qalib gəlib və qızıl medala sahib olub.


96 kq çəki dərəcəsində Orxan Nuriyev mübarizəyə Çin təmsilçisi üzərində qələbə ilə başlayıb. Ardınca Polşa, Bolqarıstan və Norveç güləşçilərini də məğlub edən təmsilçimiz finala yüksəlib. Orxan Nuriyev finalda Koreya idmançısı ilə görüşdən də qalib ayrılıb və qızıl medala sahib olub.

Final qarşılaşmasından sonra fikirlərini bildirən güləşçilərimiz qazandıqları qələbəni son günlərdə Dağlıq Qarabağda baş verən hadisələr zamanı şəhid olmuş hərbçilərimizin ruhuna ithaf etdiklərini deyib:


"Biz bu gün güləşçi kimi xalça üzərində öz sözümüzü dedik. Üzərimizə düşən məsuliyyəti dərk edərək, bütün rəqiblərimizə, xüsusən də erməni rəqiblərimizə heç bir şans vermədən qələbə qazandıq. Biz hamımız Ali Baş Komandan, ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin əsgərləriyik. Sabah Ali Baş Komandanın əmri ilə əldə silah səngərdə də düşmənin qarşısına çıxıb, ona qalib gəlməyə hazırıq!".

Aygün

Xəbər lenti

DAHA ÇOX XƏBƏR