Erməni güləşçi azərbaycanlıya uduzanda...
Bizi izləyin

İdman

Erməni güləşçi azərbaycanlıya uduzanda...

Xorvatiyanın Zaqreb şəhərində güləş üzrə gənclər arasında dünya çempionatı davam edir.

Publika.az xəbər verir ki, çempionatın ikinci günündə 55, 66, 84 və 120 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub

.

Güləşçilərimiz qarşılaşdıqları erməni rəqiblərini məğlub etməkdə davam edir. Belə ki, 66 kq çəkidə Ruhin Mikayılov və 84 kq çəkidə İslam Abbasov erməni rəqiblərini məğlub edərək növbəti mərhələyə yüksəlib. İslam Abbasov 44 saniyədə rəqibini tam üstünlüklə mübarizədən kənarlaşdırıb. Ruhin Mikayılovun mübarizədən kənarlaşdırdığı erməni rəqibi isə bir ay öncə gənclərin Avropa çempionu adını qazanmışdı.

Publika.az-ın AGF-dən aldığı məlumata görə, bu iki məğlubiyyətlə barışmaq istəməyən erməni məşqçi hirsini öz yetirmələrini təpikləməklə çıxmağa çalışıb.

Xatırladaq ki, ilk yarış günündə güləşçilərimiz 3 qızıl medal qazanıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm