• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

"Qarabağ" Avroliqanın play-off mərhələsində-Yenilənib

  • İdman
  • 7 Avqust 2014 01:30
  • 1 063 Baxış
"Qarabağ" Avroliqanın play-off mərhələsində-Yenilənib

Azərbaycan təmsilçisi “Qarabağ” Avstriyada “Zalsburq”un qonağı olub.

İlk görüşdə rəqibinə Bakıda 2-1 hesablı qalib gələn “Qarabağ” cavab matçında 2-0 uduzaraq Çempionlar Liqasında mübarizəni dayandırıb.

Qeyd edək ki, “Qarabağ” Avro Liqanın pley-off mərhələsində mübarizə aparacaq.

23:30

Bu gün UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin cavab oyunları keçirilir. Publika.az xəbər verir ki, Azərbaycanın qitənin ən nüfuzlu klub turnirindəki təmsilçisi - son ölkə çempionu "Qarabağ" da növbəti sınağına çıxır.

Ağdam klubu bu turnirdə mübarizəyə ikinci təsnifat mərhələsindən başlayıb. Bölgə təmsilçisinin startdakı rəqibi Malta "Valletta"sıydı. "Qarabağ" bu rəqibini səfərdə 1:0, Bakıda isə 4:0 hesabı ilə üstələyərək, adını növbəti mərhələyə yazdırdı. Bu mərhələdə isə təmsilçimizin rəqibi Avstriya "Zalsburq"udu. Bu komandanın mübarizəyə birbaşa üçüncü təsnifat mərhələsindən başlaması rəqibin necə ciddi klub olmasından xəbər verir.

Bakıda keçirilən ilk görüşdə 2:1 hesabıyla üstün olan komandamız indi səfərdə mərhələ adlamağa çalışacaq. Bunun üçün ağdamlılara ən azı istənilən hesablı heç-heçə də bəsdi. Qurban Qurbanovun yetirmələrinin bu çətin vəzifənin öhdəsindən necə gələcəyi maraqla gözlənilir.

Çempionlar Liqası

Üçüncü təsnifat mərhələsi (cavab oyunu)

6 avqust


Zalsburq - Qarabağ - 2:0

Baş hakim: Robert Madden (Şotlandiya).

Zalsburq. Red Bull Arena.
İlk oyun - 1:2.

ZALSBURQ: 31. Peter Qulaç, 4. Peter Ankersen, 17. Andreas Ulmer, 36. Martin Hinteregger, 5. Andre Ramalyo, 10. Sadio Mane, 13. Stefan İlsanker, 24. Kristof Leytqeb, 44. Kevin Kampl, 26. Conatan Soriano, 27. Alan.

Ehtiyat oyunçular: 33. Aleksander Valke, 15. Frants Şyemer, 8. Nabi Keyta, 37. Valentino Lazaro, 77. Massimo Bruno, 7. Marsel Zabitser, 42. Nils Kaşner.

Baş məşqçi: Adolf Hütter.

QARABAĞ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 18. İlqar Qurbanov, 5. Maksim Medvedev, 25. Ansi Aqolli, 11. Danilo Dias, 20. Riçard Almeyda, 41. Leroy Corc, 14. Rəşad Sadıqov (k), 55. Bədavi Hüseynov, 17. Vüqar Nadirov.

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 3. Tərlan Quliyev, 10. Muarem Muarem, 6. Hacı Əhmədov, 70. Çumbinyo, 7. Namiq Yusifov, 77. Cavid Tağıyev.

Baş məşqçi: Qurban Qurbanov.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR