• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Pəhləvanlarımız tarixi yenilədi: ermənilərə “gözdağı” – FOTOLAR

  • İdman
  • 7 Avqust 2014 11:07
  • 826 Baxış
Pəhləvanlarımız tarixi yenilədi: ermənilərə “gözdağı” – FOTOLAR

Xorvatiyanın Zaqreb şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatında yunan-Roma yarışları başa çatıb.

Böyük məşqçi Şaban Donat, məşqçilər Akif Əliyev, Zöhrab Abbasov və Turac Hüseynlinin rəhbərliyi altında ölkəmizi təmsil edən güləşçilərimiz ümumilikdə 5 qızıl və 1 gümüş medal qazanmaqla Azərbaycan güləş tarixində yeni səhifə yazıblar.

Pəhləvanlarımız 8 çəki dərəcəsindən 6-da finala yüksəliblər. Yekunda 59 xal toplayan yığmamız komanda hesabında da dünya çempionatını ilk sırada tamamlayıb. İkinci yerdə Gürcüstan, üçüncü sırada Türkiyə yığması qərarlaşıb.

Bu dünya çempionatı həm də güləşçilərimiz üçün ona görə yaddaqalan oldu ki, Dağlıq Qarabağda son günlərdə baş verən hadisələr fonunda güləşçilərimiz qarşılaşdıqları bütün erməni rəqibləri ilə görüşdən böyük üstünlüklə ayrılıblar.

Qeyd edək ki, yunan-Roma güləşi yarışlarında güləşçilərimiz 4 dəfə erməni rəqibləri ilə qarşılaşıblar və bütün görüşlərdə üstün tərəf Azərbaycan olub.

Aygün İlqarqzı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR