65 milyonluq müqavilə
Bizi izləyin

İdman

65 milyonluq müqavilə

İngiltərənin "Mançester Siti" klubu kapitan Vensan Kompaniyə yeni müqavilə təklif edib.

Publika.az xəbər verir ki, "şəhərlilər" belçikalı futbolçu ilə 6 illik müqavilə imzalamaq niyyətindədir.

İyirmi səkkiz yaşlı futbolçunun qarşıdakı 6 ildə qazancı da bəlli olub. Kompani "Mançester Siti"də çıxış edəcəyi növbəti 6 ildə 65 milyon funt-sterlinq qazanacaq.

Qeyd edək ki, Kompani 2008-ci ildən "Mançester Siti"nin şərəfini qoruyur.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm