"Neftçi" Azərbaycanı yüksəltdi
Bizi izləyin

İdman

"Neftçi" Azərbaycanı yüksəltdi

Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA-nın əmsallar siyahısında dəyişiklik olub.

Publika.az-ın məlumatına görə, "Neftçi” "Çixura”nı məğlub etdikdən sonra (3:2) Azərbaycanın xallarının sayı 11,000-a çatıb.

Nəticədə, ölkəmiz 30-cu olan Macarıstanı geridə qoyub və yenidən 30-cu pilləyə dönüb.

Qeyd edək ki, bu mövsüm əldə olunan xal sayımız isə 2,125-ə çatıb. "Qarabağ”la "İnter” hərəyə 0,750, "Neftçi” isə 0,625 xalı Azərbaycanın hesabına gətirib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm