Del Pyero seçim qarşısında
Bizi izləyin

İdman

Del Pyero seçim qarşısında

İtalyan futbolunun canlı əfsanələrindən olan Alessandro Del Pyero karyerasını Hindistanda davam etdirə bilər. Asiya ölkəsinin "Deli Dinamos" klubu onunla yaxından maraqlanır.

Publika.az xəbər verir ki, yarımmüdafiəçinin həm qardaşı, həm də meneceri olan Stefano Del Pyero mətbuata açıqlamasında iddiaların doğru olduğunu təsdiqləyib: "Son həftələrdə bir neçə komandadan təkliflər var. Təkcə Hindistandan deyil, digər ölkələrdən də maraqlanırlar. Biz bütün təklifləri gözdən keçirəcəyik və yaxın günlərdə yekun qərarımızı açıqlayacağıq".

Qeyd edək ki, 39 yaşlı futbolçu son iki mövsümü Avstraliyanın "Sidney" klubunda keçirib.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm