Prezidentə qarşı unikal etiraz aksiyası (Fotolar)
Bizi izləyin

İdman

Prezidentə qarşı unikal etiraz aksiyası (Fotolar)

Prezidentə qarşı unikal etiraz aksiyası

İspaniya "Kral Kuboku"nda gözlənilən hadisə baş verib.

Publika.az xəbər verir ki, "Rasinq"in futbolçuları meydana çıxmaqdan imtina ediblər.

Belə ki, "Kral Kuboku"nun 1/4 final mərhələsinin ilk oyununda "Real Sosyedad"a 1:3 hesabı ilə yenilən "Rasinq" dünən gecə cavab matçını keçirməli idi.

Uzun müddətdi maaşlarını ala bilməyən komandanın üzvləri bir neçə gün əvvəl prezident Angel Lavin istefa verməyəcəyi halda, bu oyuna çıxmayacaqlarını bildirmişdilər.

"Rasinq"in oyunçuları bu gecə meydana çıxıb. Lakin hakimin start fiti çalınan kimi meydanın mərkəzində çiyin-çiyinə dayanaraq etiraz aksiyası keçiriblər və hərəkət etməyiblər.

Bunu görən "Real Sosyedad" futbolçuları bir müddət öz aralarında paslaşıb və daha sonra topu meydandan çıxarıblar. Matçın hakimi isə "Rasinq"in kapitanı ilə danışdıqdan sonra matçı təxirə salmaq qərarına gəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm