İdman
Baş məşqçilər rəqiblərdən danışdılar
Xəbər verdiyimiz kimi, Avropa Liqanın pley-off mərhələsinin püşkü atılıb. Avroliqanın bu mərhələsində ölkəmizi iki komanda - "Qarabağ" və "Neftçi" klubları təmsil edir.
Avropa Liqası - Pley-off mərhələsi - 21-28 avqust
“Qarabağ” (Azərbaycan) – “Tvente” (Hollandiya)
“Neftçi” (Azərbaycan) – “Partizan” (Serbiya)
Hər iki baş məşqçi klublarının rəsmi saytlarına açıqlama veriblər.
Publika.az Qurban Qurbanovun və Böyükağa Hacıyevin rəqibləri haqqında dediklərini təqdim edir:
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov:
“Tvente” bizə tanış komandadır. Zənnimcə, qarşılaşa biləcəyimiz komandalar arasında ən güclülərdəndir. Hazırda çempionat oyunlarını fikirləşirik. Bu oyuna qədər matçlarımız var. Problemlərimiz olsa da, “Tvente”yə qarşı hazırlaşacağıq. Hələlik, rəqib komanda barədə məlumat toplayacağıq. Ötən mövsüm çempionatda 3-cü yeri tutublar. Güclərinə şübhə etmək olmaz. Təbii ki, “Tvente” ilə qarşılaşmalarda meydana çıxıb ən yaxşı şəkildə çıxış etməyə çalışacağıq”.
“Neftçi” klubunun baş məşqçisi Böyükağa
Hacıyev:
“Pley-off mərhələsində asan rəqib olmur. Buna görə də rəqibin
kimliyinin elə bir önəmi yoxdur. “Partizan”a gəlincə, tanış
rəqibdir. Bu komanda ilə Avropa Liqasının qrup mərhələsində iki
dəfə qarşılaşmışıq və məğlub olmamışıq. “Partizan” ciddi rəqibdir,
bu komandaya hörmətlə yanaşırıq. Ümumiyyətlə, Serbiya futbolunun
gücündən hamının xəbəri var. İlk oyunun avqustun 21-də
keçiriləcəyini nəzərə alsaq, daha yaxşı hazırlaşmağa vaxtımız var.
İkinci dəfə qrup mərhələsinə vəsiqə qazanaraq, yeni tarix yazmaq
üçün əlimizdən gələni edəcəyik".
Aygün
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu