Qızlarımız yeni tarix yazdı – VİDEO
Bizi izləyin

İdman

Qızlarımız yeni tarix yazdı – VİDEO

Xorvatiyanın Zaqreb şəhərində güləş üzrə gənclərin dünya çempionatında qızların yarışları başa çatıb. Gənc qızların yarışında böyük məşqçi Aslan Ağayev və məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında Türkan Nəsirova (44 kq), Şəfəq Muradzadə (48 kq), Almaz İsmayılova (51 kq), Solmaz Həşimzadə (55 kq), Elmira Qəmbərova (63 kq), Raqnetta Qurbanzadə (67 kq) və Səbirə Əliyeva (72 kq) ölkəmizi təmsil edib.

Publika.az xəbər verir ki, gənc qızlarımız 1 qızıl və 2 bürünc medal qazanmaqla Azərbaycan güləşində yeni tarix yazıblar. Bu, son 5 ildə gənc qızların qazandığı ən yüksək nəticədir. Qadın güləşi ölkəmizdə yeni yaranmış bir idman sahəsi olduğunu nəzərə alsaq, bu nailiyyətin əhəmiyyəti daha böyükdür.

Xatırladaq ki, gənc qızlarımız indiyədək qatıldıqları dünya çempionatlarında ilk qızıl medalı 2010-cu ildə qazanıblar. 2013-cü ildə isə, analoji yarışı qızlarımız 2 bürünc medalla tamamlayıb. Budəfəki dünya çempionatında isə, son 4 ildə qazanılan qədər medal qazanılıb – 1 qızıl və 2 bürünc.

Bu nəticə ilə yığmamız komanda hesabında Yaponiya və Rusiyadan sonra 3-cü pillədə qərarlaşıb.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm