Transfer bazarının dəyəri-3.7 milyard dollar
Bizi izləyin

İdman

Transfer bazarının dəyəri-3.7 milyard dollar

Transfer bazarının dəyəri-3.7 milyard dollar

FIFA 2013-cü ildə transferlərə xərclənən məbləği açıqlayıb. Publika.az xəbər verir ki, ötən il dünyada futbolçu alınmasına 3.7 milyard dollar sərf olunub. Bu, 2012-ci illə müqayisədə 41 faiz artıq vəsaitdi.

Qaret Beyl, Neymar, Edinson Kavani, Radamel Falkao, Məsut Özil, Ceyms Rodriges kimi futbolçuların keçidi transfenr xərclərinin artmasına səbəb olub.

Bu məbləğin təxminən 22 faizi 5 klubun payına düşür. Belə ki, Fransanın "Monako", PSJ, İngiltərənin "Mançester Siti", "Tottenhem" və İspaniyanın "Real" klubları transferlərə 828 milyon dollar sərf edib.

Ali futbol qurumunun açıqladığı hesabatda bildirilir ki, 2013-cü ildə 12309 futbolçu transfer olunub. Bu isə 2012-ci illə müqayisədə 4 faiz artım deməkdi.

Braziliya transfer bazarının ən fəal ölkəsi olub. Bu ölkə klublarının satdığı və aldığı futbolçuların sayı 1402 olub. Braziliyalı futbolçular da dünyada ən çox transfer edilənlərdi. Belə ki, ötən il düz 1553 braziliyalı oyunçu bir klubdan başqasına keçib.

İngiltərə isə transferə ən çox pul xərcləyən ölkədi - 913 milyon avro. Bu dünya transfer bazaranın təxminən 25 faizi deməkdi. İngiltərədə alınan futbolçulara xərclənən vəsaitlə, oyunçu satışından gələn gəlir arasında fərq -613 milyon dollardı.

Türkiyə 134 milyonluq fərqlə ikinci yeri tutur. Bunun əvəzində İngiltərədə yayım gəlirləri 3 milyard dollara çatır. Bunun 1.2 milyardı ölkə xaricinə satışlardan əldə edilir. Türkiyədə isə bu rəqəm 0-a bərabərdi.

İspaniya transferdən ən çox qazanan ölkədi. Burda alınan futbolçulara xərclənən vəsaitlə oyunçu satışından gələn gəlir arasında fərq +246 milyon dollardı. Qaret Beyl və Neymar kimi ulduzları alan İspaniya klubları Neqredo, Soldado, Hiquayn, Navas, Tiaqo Alkantara, Məsut Özil və başqalarının satışından qazanıb. İspanları 239 milyon gəlirlə Braziliya izləyir. Portuqaliya isə üçüncü yeri tutur - 219 milyon dollar. 2012-ci ildə isə Braziliya, Portuqaliya və İtaliya ilk üç yeri tutmuşdu.

Ötən il futbolçular və klublar arasında fasitəçilik edən menecerlərin gəlirləri 216 milyon dollar olub. Bu isə 2012-ci illə müqayisədə 30 faiz artım deməkdi. 216 milyon dolların 74 milyonunu İngiltərə klubları ödəyib. 1764 transferdə oyunçuları, 831 transferdə isə klubları menecerlərtəmsil edib.

Ötən il reallaşan 12309 keçiddən 1628-nə görə transfer haqqı ödənib. Qalan 10681 transfer isə futbolçuların son klubuna pul qazandırmayıb.

Dünya miqyasında transfer edilən oyunçuların orta yaş həddi 25.3-dü. Hollandiya 22.11 orta yaş həddi ilə ən gənc futbolçuların transfer edildiyi ölkədi.

Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı karyerasının qürub çağını yaşayan futbolçular üçün ümumilikdə 110 milyon dollardan keçib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm