• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Dünya idmanını lərzəyə salan seks qalmaqalları-FOTOLAR

  • İdman
  • 31 Yanvar 2014 13:20
  • 2 268 Baxış
Dünya idmanını lərzəyə salan seks qalmaqalları-FOTOLAR

İngiltərə mətbuatı idman tarixinin ən utancverici qalmaqallarını araşdırıb. Publika.Az xəbər verir ki, dünya idmanının adlı-sanlı ulduzlarının adı bu siyahıda var. Həmin siyahını təqdim edirik:

- “Çelsi”nin kapitanı Con Terri yaşadığı skandalla tarixi bir hadisəyə imzasını atıb . Terrinin bir vaxtlar “Mançester Siti”li Ueyn Bricin sevgilisi Vanessa Perronsellə olan əlaqəsi mətbuata sızmışdı. Terri Ueyn Bricin sevgilsi ilə eşq macərası yaşayaraq İngiltərə mətbuatını gündəminə düşdü. Qeyd edək ki, Terri ailəlidi və onun Toni ilə olan evliliyindən iki uşağı var.

- Dünyanın ən çox qazanan idmançısı adına sahib olan qolfçu Tayqr Vuds yaşadığı seks qalmaqallarının ardından demək olar ki, hər şeyini yavaş- yavaş itirməyə başlamışdı. Belə ki, məşhur qolfçu əvvəl həyat yoldaşı Elin Nordeqrenin açdığı boşanma davasıyla sarsıldı. Ardınca təxminən 12 milyard dollarlıq reklam razılaşmasının ləğv olunmasıyla daha bir zərbə aldı.

Sponsorlar müqaviləni ləğv edərkən Tayqr Vudsun doğru yola qayıtmayacağını bildirmişdilər.

- “Fənərbaxça”lı Kolin Kazım braziliyalı komanda yoldaşları Roberto Karlos, Gökçek Vederson və Bilikayla birlikdə otel otağında seks partisi təşkil etmişdi. Partidən sonra otel əməkdaşının otaqdan tapdığı qandallarla skandalın əsası qoyuldu .

- Dünyaca məşhur basketbolçu Kobe Brayant Koloradodakı villasında 19 yaşlı Katelin Faber adlı gənc qıza təcavüz etməkdə günahlandırıldı. Bundan sonra NBA ulduzunun karyerasında eniş başladı. Üstəlik milyonluq sponsor müqavilələrini də əldən qaçırdı. Amma idmançı tez bir zamanda bu sarsıntıdan qurtulmağı bacardı.

- Əfsanəvi boksçu Mayk Tayson İndianapolisdə qaldığı oteldə 18 yaşlı Desire Vaşinqton adlı gənc qıza təcavüz etdiyinə görə həbs edildi. Məhkəmədə Taysona 6 il həbs istənildi.

- 2004-cü ildə İngiltərə millisinin o vaxtkı baş məşqçisi olan Sven-Qoran Erikssonun Faria Alam adlı qadınla gizlicə eşq macərası yaşaması böyük söz-söhbətə rəvac verdi.

Faria Alam özü Erikssonla münasibətlərini bütün detalları ilə mətbuata anlatmışdı. Bundan sonra Sven-Qoran tutduğu vəzifədən istefa verməli oldu.

- Beynəlxalq Avtomobil İdmanı Federasiyasının prezidenti Maks Mosleyin 5 fahişə ilə əyləncə təşkil etmişdi. Əyləncədən çəkilən fotolar mətbuatın əlinə düşmüşdü. Lakin bu hadisə onun vəzifəsini tərk etməsinə səbəb olmadı.

- Ulduz futbolçu Kristiano Ronaldonun “Mançester Yunayted"də oynadığı dövrdə 5 xanımla yaşadığı eşqbazlıq ingilis mətbuatının manşetini zəbt etdi.

- NBA-nın əfsanəvi oyunçularından olan “sirr” ləqəbli Çarlz Barkley haqqında da təcavüz iddiası ortaya atılmışdı. Adı açıqlanmayan bir qadın, polisə müraciət edərək keçmiş ulduzun ona Filadelfiyadakı “32 degrees”adlı gecə klubunda təcavüz etdiyini iddia etmişdi. Polis tərəfindən olayın araşdırıldığı deyilsə də, mətbuata bu barədə ətraflı məlumat verilmədi və hadisənin üstü ört-basdır edildi.

- İngiltərə futbolunun əfsanələrindən olan Stan Kollimor avtomobil parklarının birində xaricilərə seks təklifi edərkən tutulmuşdu. “Liverpul”un və İngiltərə millisinin keçmiş hücumçusu bu hadisədən sonra ağır depressiyaya düşdü, klinikada müalicə aldı.

- Belə hadisələrdən biri də Frank Riberi və Kərim Benzemanın adları ilə bağlıdır. Belə ki, ulduz futbolçuların azyaşlı qızla, Mərakeş əsilli Zahia Deharla əlaqədə olması mətbuatda olay yaratdı. Onların məhkəməsi 3 ildir ki davam dir. Bu hadisənin detallarını mətbuata Zahia özü danışıb. Artıq bu işlə bağlı məhkəmə başa çatıb və futbolçulara bəraət verilib.

- İngiltərə futbolunun ulduzu Steven Fletçerin əcnəbi bir qadına 70 seks mesajı ilə birgə videosunu göndərdiyi ortaya çıxıb. "The Sun on Sunday"-in birinci səhifəsində verilən manşet xəbərində ulduz futbolçunun tanımadığı qadına ədəbsiz mesajlar və video göndərməsi yer almışdı.

26 yaşlı futbolcuyla heç vaxt qarşılaşmadığını söyləyən qadın, "Bu futbolçu məni heç tanımır və mənə lüm-lüt yataqda yatarkən çəkdiyi videoları göndərib. İsmarıclarını gecə göndərməyə başlayıb və səhərə qədər davam edib. Utanmadığı da göz önündədir" deyə, bildirib.

Həmin qadını futbolçunun bir ay əvvəl "Instagram"-dan tapdığı məlum olub. Fletçerin ədəbsiz filmləri internetdə paylaşması sosial şəbəkə izləyiciləri tərəfindən də qınanıb. Xatırladaq ki, Fletçerin model Reçel Monaqandan 10 aylıq bir qızı var.

- Eşli Koul öz çılpaq şəkillərini Bruk Hili adlı modelə e-mail vasitəsilə göndərmək istəsə də, həyat yoldaşı bundan xəbər tutmuşdu. Məhz bu hadisədən sonra cütlük boşanma qərarı vermişdi.

- Braziliya futbolunun əfsanələrindən Ronaldo sevgilisini evinə ötürdükdən sonra bir neçə fahişə ilə birlikdə oteldəki otağına qayıtmışdı. Ronaldo otağına gətirdiyi qadınların transseksual olduğunu bilər-bilməz onları otaqdan qovmağa çalışmışdı. Fahişələr bu xəbərin mediaya sızmaması üçün məşhur futbolçudan müəyyən məbləğdə pul tələb etmişdilər. Rio polisi Ronaldonun hadisənin əsl mahiyyətini onlara danışdığını bildirmişdi. Futbolçu özü isə bu səhvin yükünü ömür boyu daşıyacağını təəssüflə qeyd etmişdi.

- İngiltərə millisinin və “Tottenhem”in hücumçüsü Cermeyn Defo uşaqlarının oyun oynadığı meydançanın yaxınlığında maşınında gənc bir qızla eşq yaşayarkən yaxalandı. Defo ictimai yerdə etdiyi əxlaqsız davranış üzündən həbs cəzası ilə də üz-üzə qaldı.

Aygün

Xəbər lenti

DAHA ÇOX XƏBƏR