Kamran Ağayev də “Qəbələ”də
Bizi izləyin

İdman

Kamran Ağayev də “Qəbələ”də

Kamran Ağayev də “Qəbələ”də

Son günlər adı qalmaqallarda hallanan ölkənin bir nömrəli əlcək sahibi Kamran Ağayevin yeni klubu artıq bəllidi.

Publika.az xəbər verir ki, "Bakı"nın transferə çıxardığı Ağayev çempionluğa iddialı olan "Qəbələ" ilə müqavilə imzalayır.

"Bakı"nın baş məşqçisi Milinko Pantiçlə dalaşdıqdan sonra transferə çıxarılan Kamran Ağayevin xidmətində "Qəbələ"nin maraqlı olduğunu xəbər vermişdik.

Ancaq "Bakı"nın Kamranın transferi qarşılığında istədiyi məbləğ çox olduğundan "Qəbələ" onu almaqdan boyun qaçırmışdı. Buna baxmayaraq, klubun rusiyalı baş məşqçisi Yuri Syomin Kamranın transferində israrlı idi.

Onun bu israrının nəticəsində Kamran bu gün əyalət komandası ilə müqavilə imzalayacaq.

Futbolinfo.az-n məlumatına görə, artıq tərəflər arasında razılıq əldə olunub. Transfer qarşılığında "Bakı"ya çatacaq məbləğin bir qismini isə Ağayev özü ödəyəcək.

Ondan sonra Kamranın və bu gün tibbi baxışdan keçən Marat İzmaylovun transferi rəsmən açıqlanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm