Prezidentdən həmyerlisinə təbrik: “Səninlə fəxr etdik”
Bizi izləyin

İdman

Prezidentdən həmyerlisinə təbrik: “Səninlə fəxr etdik”

Prezidentdən həmyerlisinə təbrik: “Səninlə fəxr etdik”

FİFA-nın prezidenti Yozef Blatter həmvətəni, məşhur tennisçi Stanislas Vavrinkanı "Australian Open” turnirində qələbə qazanması münasibətilə təbrik edib.

Publika.Az xəbər verir ki, qurumun prezidenti “twitter” səhifəsində yazıb:

“ “Böyük Dəbilqə” seriyasında ilk titul alması münasibətilə Stanislas Vavrinkanı təbrik edirəm. Stanislas, sən bu gün İsveçrəni çox xoşbəxt etdin. Səninlə fəxr etdik”.

Qeyd edək ki, Stanislas Vavrinka “Australian Open” turnirinin final görüşündə İspaniya tennisçisi Rafael Nadalı 6:3, 6:2, 3:6, 6:3 hesabı ilə məğlub edərək titula sahib olmuşdu.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm