• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Rüsvayçılıq: “Qarabağ”lılar səhvlərini etiraf etdi

  • İdman
  • 11 Avqust 2014 11:29
  • 725 Baxış
Rüsvayçılıq: “Qarabağ”lılar səhvlərini etiraf etdi

Azərbaycan Premyer Liqasında I turun oyunları davam etdirilib.

Publika.az xəbər verir ki, ikinci oyun günündə 3 matç baş tutub. Günə "Araz Naxçıvan" - "Neftçi" matçı ilə start verilib.

"Neftçi", Muxtar Respublikada meydana əvəzedici heyətlə çıxıb. Hətta baş məşqçi Böyükağa Hacıyev də səfərə çıxmayıb və komandaya köməkçisi Nazim Əliyev rəhbərlik edib.

Hesabı 52-ci dəqiqədə David Canelidze açıb.

81-ci dəqiqədə Elmin Çobanov fərqlənib.

90+4-cü dəqiqədə isə Canelidze mövsümün ilk dublunu edib.

Ötən mövsümün gümüş və bürünc mükafatçıları "İnter"lə "Qəbələ" "İnter Arena"da münasibətlərinə aydınlıq gətirib. “Qəbələ" mövsümə darmadağınla başlayıb. Belə ki, "İnter" rəqibini 4:0 hesabı ilə yenilib.
Son çempion "Qarabağ" isə "Sumqayıt"ın qonağı olub. Hesabı 34-cü dəqiqədə ötən mövsümün bombardiri Reynaldo Silva açıb. 81-ci dəqiqədə "Qarabağ" avtoqola sevinib. 4 dəqiqə sonra isə Reynaldo dubl edib. Bununla da "Qarabağ" mövsümə 3:0 hesablı qələbə ilə başlayıb.

Amma "Sumqayıt"-"Qarabağ" oyununda böyük bir rüsvayçılıq yaşanıb.

"Qarabağ"ın heyətində Riçard Almeyda 59-cu dəqiqədə Namiq Yusifovun əvəzinə meydana daxil olub. İlk baxışdan qeyri-adi heç nə olmasa da, meydançada həmin vaxt daha 6 legionerin olması işləri korlayıb. Limit isə 6+5-di.

Komandanın məşqçilər korpusu "fil qulağı"nda çox yatmayıb: iki dəqiqədən sonra Muarem Muaremin yerinə Namiq Ələsgərov çıxıb. Ancaq hər şeyə rəğmən limit pozulub! Buna görə Ağdam təmsilçisi texniki məğlubiyyətə məruz qalıb. Belə ki, qarşılaşmada "Qarabağ" 3:0 qələbə qazansa da, 0:3 məğlub hesab edilib.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu səhvi ilə bağlı mətbuata açıqlama verib. Qurbanov səhv etdiklərini oyundan sonra anladıqlarını və PFL tərəfindən verilə biləcək cəzanı anlayışla qarşılayacaqlarını bildirib:

“Oyunun 59-cu dəqiqəsində oyunçu dəyişikliyi yerinə yetirən zaman texniki səhv baş verdi. Belə ki, ilk olaraq Namiq Yusifovun əvəzinə meydana Riçard Almeyda daxil oldu. Meydanda sayca maksimum 6 legioner ola biləcəyini nəzərə alsaq da, texniki səhv etmiş olduğumuzu anladıq. Oyundan dərhal sonra baş vermiş hadisəni məşqçilər korpusu olaraq müzakirə etdik. İlk olaraq Muaremin əvəzinə meydana Namiq Ələsgərov çıxmalıydı. Amma Namiq Yusifovun əvəzinə Riçard Almeyda daxil oldu. Oyun zamanı baş verən səhvimizi anlayır və PFL tərəfindən verilə biləcək cəzanı anlayışla qarşılayacağımızı bildirirəm”.

Məlumat üçün bildirək ki, I turun ilk oyunu dünən keçirilib və AZAL "Xəzər Lənkəran"ı qəbul edib - 1:1. "Bakı"-"Simurq" matçı isə təxirə salınıb.

Premyer Liqa

2014/15 mövsümü - I dövrə, I tur

10 avqust

Araz Naxçıvan - Neftçi 3:0

İnter - Qəbələ 4:0

Sumqayıt - Qarabağ 0:3

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR