Əfsanəvi boksçu cinsiyyətini dəyişdirib qadın oldu – FOTOLAR
Bizi izləyin

İdman

Əfsanəvi boksçu cinsiyyətini dəyişdirib qadın oldu – FOTOLAR

Məşhur ingilis boksçu Frank Maloney cinsiyyətini dəyişdirib. Artıq o, həyatını Kelli adlı qadın kimi yaşayacaq.

Publika.az xəbər verir ki, Maloney cinsiyyətini dəyişdirmək qərarına 61 yaşında gəlib.

İngiltərənin "Sunday Mirror" qəzetinə açıqlama verən yeni Kelli bunun səbəblərindən danışıb: “Mən yanlış bədəndə doğulmuşam. Hər zaman qadın olduğumu bilirdim. Başqa cinsiyyətlə daha artıq yaşaya bilməzdim. Bu yüklə yaşamaq məni tezliklə öldürəcəkdi. İndi etiraf edim ki, gizli hormon müalicəsi keçirdim və tüklərdən xilas oldum. Doğuşdan səhv olan cinsiyyətimi dəyişdim. Məndə qadın beyni var. Özümü başqa uşaqlarla müqayisə etməyə başladığım andan fərqli olduğumu bilirdim və qızları qısqanırdım ".

Otuz il boyunca məşqçi kimi fəaliyyət göstərən Maloney boks karyerası ərzində sirrini kimsəylə paylaşmadığını da qeyd edib: "Rinqə bu şəkildə geyinmiş olaraq çıxdığımı təsəvvür edə bilirsinizmi? Mənə nə deyib bağıracaqlarını təxmin edə bilirəm”.

Qeyd edək ki, Maloney iki dəfə ailəli olub. Onun ikinci həyat yoldaşı ilə 15 il evli qalan Maloneyin bu evliliyindən iki qızı, əvvəlki evliliyindən isə bir qızı var. O, illərlə Lennoks Levis, David Haye, Rendall Munroe kimi boksçuların məşqçiliyini edib.

Həmçinin o, Lennoks Luisin məşqçisi olub. Luisin 1992-ci ildə dünya çempionu olmasında Maloneyin böyük rolu olub.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm