“Beşiktaş" klubu Azərbaycan çempionunu aldı
Bizi izləyin

İdman

“Beşiktaş" klubu Azərbaycan çempionunu aldı

Voleybol üzrə qadınlardan ibarət Serbiya millisinin üzvü, Bakının "Rabitə" klubunun sabiq oyunçusu Sanya Staroviç rəsmən "Beşiktaş"a keçib.

Publika.az xəbər verir ki, dəfələrlə Azərbaycan çempionu olmuş hücumçu qonşu ölkə komandasının heyətində artıq həkim nəzarətindən keçirilib. 195 santimetr boya malik 31 yaşlı serb voleybolçusu, ən azı, 1 il Türkiyə klubunun şərəfini qoruyacaq.

Qeyd edək ki, Staroviç ölkəmizdə çıxış etdiyi 6 ildə 6 yerli çempionatın qalibi olub. Həmçinin klublararası dünya birinciliyində qızıl və gümüş, Çempionlar Liqasında iki gümüş və bir bürünc medal qazanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm