“Fənərbaxça” “Qalatasaray”ın keçmiş məşqçisi ilə anlaşdı?
Bizi izləyin

İdman

“Fənərbaxça” “Qalatasaray”ın keçmiş məşqçisi ilə anlaşdı?

Bildiyiniz kimi, "Fənərbaxça"nın məşqçisi Ersun Yanal istefa verib. Publika.az xəbər verir ki, Türkiyə mətbuatının iddiasına görə, E.Yanal klub prezidenti Aziz Yıldırımla mübahisə edib.

Hazırda "Fənərbaxça"nın baş məşqçi postuna əsas namizəd Mirçea Luçesku göstərilir. İstanbul klubunun ən qısa müddətdə rumıniyalı mütəxəssislə əlaqə quracağı gözlənilir.

Qeyd edək ki, Luçesku bundan öncə "Qalatasaray"la çalışıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm