Azərbaycanlı idmançılar Rusiyaya niyə gedir?
Bizi izləyin

İdman

Azərbaycanlı idmançılar Rusiyaya niyə gedir?

Cüdo üzrə Azərbaycan yığması Rusiyanın Çelyabinsk şəhərində keçiriləcək dünya çempionatında çıxış edəcək heyəti açıqlayıb. Məşqçilər heyəti 2 çəki dərəcəsində 2 idmançı ilə təmsil olunmağı qərara alıb.

Publika.az xəbər verir ki, 60 kq çəkidə İlqar Müşkiyevlə yanaşı, Orxan Səfərov da mübarizə aparacaq. 100 kiloqramlıq çəki dərəcəsində isə ölkəmizi son dünya çempionu Elxan Məmmədov və Tümendəki "Böyük dəbilqə"nin qalibi Elmar Qasımov təmsil edəcəklər.

Çelyabinskə aparılan digər cüdoçulara gəlincə, bunlar Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Tural Safquliyev (81 kq), Şahin Qəhrəmanov (90 kq) və Kifayət Qasımovadır (57 kq).

Qeyd edək ki, dünya çempionatı avqustun 25-dən 31-dək davam edəcək.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm