• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Yalandır, 100 min pul istəməyiblər”

  • İdman
  • 11 Avqust 2014 17:51
  • 963 Baxış
“Yalandır, 100 min pul istəməyiblər”

“Neftçi”nin keçmiş futbolçusu Rəşad Sadiqov 2 ay öncə “Xəzər Lənkəran”a keçsə də, rəsmi müqavilə yalnız bu yaxınlarda bağlanıb. Səbəb isə "Neftçi"nin onun transfer vərəqini gecikdirməsi olub.

Mətbuatda yayılan məlumatlara görə, vərəqin verilməsi üçün Lənkəran klubu "Neftçi"yə 100 min manat təzminat ödəyib. Bu iddianın nə dərəcədə doğru olduğunu öyrənmək üçün “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq. Publika.az-a açıqlama verən klub rəsmisi belə dedi: “100 min manat tələbi və ödənilməsi yalandı. Məsələ pulla bağlı olsa idi, çoxdan həll olunardı. Pulu ödəyib transfer vərəqini alardıq. Sadəcə, "Neftçi" ölkə xaricində olduğundan və başı Avrokubok oyunlarına qarışdığından, bu məsələ də bir qədər yubandı”.

Qeyd edək ki, Rəşad "Xəzər Lənkəran"la 2 illik müqavilə bağlayıb.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR