Soçi Olimpiadasının məşəlini Putinin sevgilisi yandıracaq
Bizi izləyin

İdman

Soçi Olimpiadasının məşəlini Putinin sevgilisi yandıracaq

Soçi Olimpiadasının məşəlini Putinin sevgilisi yandıracaq

Soçidə keçiriləcək Qış Olimpiya Oyunlarının məşəlini Alina Kabayeva yandıracaq.

Publika.az xəbər verir ki, bu məlumatı Tvitter-də Kseniya Sobçak paylaşıb. Bundan əlavə, Kseniya bildirib ki, Olimpiadanın açılış mərasimində Denis Maçuev, Nikita Mixalkov, Valentina Tereşkova və Valeri Qerqiev də iştirak edəcəklər.

Sobçak iddia edib ki, Olimpiadanın açılış mərasimində Rusyanın bayrağını rejissor Nikita Mixalkov, kosmonavt Valentina Tereşkova və dirijor Valeri Qerqiev üçlüyündən biri daşıyacaq.

Qeyd edək ki, sonradan Sobçakın səhifəsindən Alina Kabayeva ilə bağlı məlumat silinib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm