“Neftçi” 2013-cü ildəki böyük səhvini düzəldir?
Bizi izləyin

İdman

“Neftçi” 2013-cü ildəki böyük səhvini düzəldir?

"Neftçi" sabiq hücumçusu Nikolas Kanalesi geri qaytarır. İddialara görə, o, tezliklə paytaxt klubu ilə yeni müqavilə bağlayacaq.

Publika.az xəbər verir ki, çilili hücumçu sabah Bakıda olacaq. O, birbaşa müqavilə bağlamağa gələcək. Tərəflərin neçə illik anlaşmaya imza atacağı hələlik açıqlanmır.

Ölkəsində “Kolo-Kolo” klubuna məxsus olan Kanales son dəfə icarə əsasında “Santyaqo Uonderers”də oynayıb.

Qeyd edək ki, Nikolas Kanales 2012-2013-cü il mövsümündə “Neftçi”də çıxış edib. O, Azərbaycan Premyer Liqasında 31 oyuna 26 qolla bombardir olub.

Kanalesin 2013-cü ildə klubdan getməsini bir çox azərbaycanlı futbol mütəxəsisləri ““Neftçi”nin böyük səhvi” kimi dəyərləndirmişdi.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm