14 kubok qazanmış futbolçu La Liqaya qayıtdı
Bizi izləyin

İdman

14 kubok qazanmış futbolçu La Liqaya qayıtdı

14 kubok qazanmış futbolçu La Liqaya qayıtdı

Seydu Keyta yenidən İspaniya La Liqasına qayıdıb.

Publika.Az xəbər verir ki, “Valensiya” 34 yaşlı yarımmüdafiəçini transfer edib. Keyta ilə mövsümün sonuna qədər müqavilə bağlanıb.

Futbolçu özünü yaxşı göstərə bilsə, mövsüm sonunda onunla müqavilənin vaxtı uzadılacaq.

Mali millisinin üzvünün son iş yeri Çinin "Dalyan Aerbin" klubu olub. O burada 28 matça çıxıb və 6 qol vurub.

Qeyd edək ki, Keyta “Marsel”, "Loryan" və "Lans" klublarında forma geyinib. 2008-2012-ci illərdə “Barselona”da oynamış 34 yaşlı futbolçu bu komandanın heyətində 14 kubok qazanıb.

Milli komandada 88 dəfə forma geyinən Keyta 26 qola imza atıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm