AGF idmanın inkişafı üçün bir addım atdı
Bizi izləyin

İdman

AGF idmanın inkişafı üçün bir addım atdı

Avqustun 14-15-də AGF-nin 1 saylı nümayəndəliyinin tərkibində fəaliyyət göstərən klublarda məşğul olan sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında təsnifat yarışları keçiriləcək.

Yarışın keçirilməsi yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi idman növlərinin inkişafına və kütləviliyinə nail olmaqdır, bundan əlavə, 1 saylı nümayəndəliyin tərkibində fəaliyyət göstərən klublarda çalışan məşqçilərin işini qiymətləndirmək və ehtiyat qüvvələri aşkarlamaqdır.

Publika.az xəbər verir ki, FİLA-nın qaydalarına əsasən keçiriləcək yarışda 2000-2001-ci il təvəllüdlü idmançılar iştirak edəcək.

2002-ci il təvəllüdlü idmançılar isə həkim və valideyn icazəsi ilə yarışa qatıla biləcək. Şəxsi xarakter daşıyan yarışda 29, 32, 35, 38, 42, 47, 53, 59, 66 və 73 kq çəkilərdə güləşçilər mübarizə aparacaq. Hər bir klubdan eyni çəki dərəcəsində maksimum 2 idmançı iştirak edə bilər.

Tofiq Bəhramov adına Respublika Stadionunun güləş zalında keçiriləcək yarışda ilk gün sərbəst, ikinci gün isə yunan-Roma güləşçiləri mübarizə aparacaq.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm