• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Prezident əsəbiləşdi: “Sevgilisi ilə qalmaq üçün oteldə otaq tutub...”

  • İdman
  • 12 Avqust 2014 13:15
  • 633 Baxış
Prezident əsəbiləşdi: “Sevgilisi ilə qalmaq üçün oteldə otaq tutub...”

"Fənərbaxça"nın prezidenti Aziz Yıldırım Türkiyənin “Milliyet” qəzetinə müsahibə verib.

Publika.az xəbər verir ki, Yıldırım istefaya göndərdiyi baş məşqçi Ersun Yanal haqqında ciddi ittihamlar irəli sürüb:

"Məşqlərdə Yanalın nə ilə məşğul olduğunu kaş ki görsəydiniz. Belə işləməklə çempion olmaq qeyri-mümkündür. Çempionluq komanda işi ilə qazanılır. Zikonu göndərdiyimə görə məni qınayırdılar. Amma bilmirdilər ki, taktikanı belə qardaşı Edu ona verib. Çempion olandan sonra isə 2 qat pul istədi. Futbolçularla toplantı keçirdim. Heç biri Ersun Yanalı istədiyini demədi. Oyunçular, sadəcə, Yanaldan hörmət və qayğı görmək istəyiblər.

Düzdür, mən oyunçularla görüş keçirdim. Futbolçular özü bu toplantını istəyiblər. Mən də “gedin məşqçinizə söyləyin” dedim. Sonra futbolçularla danışdım. 25 nəfər də eyni şeyi dedi: “Səhər salam verir, axşam başını çevirir. Heç kimlə danışmır””.

Daha sonra klub prezidenti Yanalın başının gecə həyatına çox qarışdığını deyib: “Kopenhagendə futbolçulara iki gün yarım istirahət verdi. Onun özünün isə başı gecə həyatına qarışmışdı. Oyunçulara icazə verib, göndərib. Onlara kimsə bir şey desə, hücum etsə, bizimkilər də qarşılıq versələr, başımıza bəla açarıq.

Öyrənirəm ki, uşaqlara icazə verib, özü də meneceri və bir də, sevgilisi ilə kafedə ya gecə klublarının birində oturub. Futbolçular yanına gedəndə “Gəlin siz də oturun” deyir. Onlar da “biz oturmuruq, sabah matçımız var” deyib otelə qayıdıblar. Komandanın olduğu oteldə, futbolçulardan ayrıldıqdan sonra özü və sevgilisi üçün yer ayırtdırıb.

Sou və Kadlec ölkələrinə gedib, Holmen düşərgədən ayrılıb. Bu intizamsızlığa görə bütün oyunçuları İstanbula gətirib istirahəti ləğv etdim. Əslində, onunla çoxdan yollarımı ayırmaq istəyirdim. Araya bir neçə yaxşı əlaqələrimiz olan dostlar girmişdi. Yanal özü də gəlib dəyişdiyini bildirdi. "Fənərbaxça"da uğuru Ersun deyil, futbolçular qazandı”.

O, Salih Uçanın klubu tərk etməsində də Ersun Yanalı ittiham edib: “O, Salih başda olmaqla gənc oyunçulara şans vermədiyi üçün belə vəziyyət yarandı”.

Klub prezidenti türk məşqçinin yarıtmaz transfer siyasətini tənqid etməyi də unutmayıb.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR