“Görüşün təxirə salınması üçün özüm müraciət etmişəm”
Bizi izləyin

İdman

“Görüşün təxirə salınması üçün özüm müraciət etmişəm”

Futbol üzrə Azərbaycan Superkuboku uğrunda oyunun baş tutmayacağı barədə məlumat vermişdik.

Avqustun 13-də "Qarabağ" və "Neftçi" arasında Qəbələdə keçirilməsi nəzərdə tutulan oyun klubların qarşılıqlı razılığı əsasında başqa günə keçirilib. Avropa Liqasında çıxışları ilə əlaqədar olaraq "Qarabağ” və "Neftçi" PFL-ə müraciət edərək görüşün başqa tarixə keçirilməsini istəyib.

Təxirə salınma ilə bağlı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun fikirlərini öyrəndik.


Publika.az-a danışan baş məşqçi bu qərarın “Neftçi”yə də xeyri olduğunu dedi: ““Neftçi” ilə superkubok matçının təxirə salınması üçün PFL-ə şəxsən özüm müraciət etmişəm. Komandanın yüklənməsini nəzərə alaraq bu təxirə salınmanın yaxşı olacağını demişəm. Bu qərar həm də “Neftçi”nin xeyrindədir. Çünki onlar da Avropa liqasında oynamağa davam edirlər. Amma bu oyun təxirə salınmasa belə, biz meydana çıxmağa hazır idik”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm