“Neftçi”dən azarkeşlərinə xoş xəbər
Bizi izləyin

İdman

“Neftçi”dən azarkeşlərinə xoş xəbər

“Neftçi"nin müqavilə bağlamağa hazırlaşdığı Nikolas Kanales Bakıya gəlib. Çilili forvard bu gün paytaxtımıza təşrif buyurub. (http://publika.az/p/36114 )

Yayılan xəbərlərə görə, yaxın 1-2 gün ərzində Kanaleslə rəsmi müqavilə bağlanacaq. Bundan sonra onun adı Avropa Liqasının "Partizan"la pley-off matçının sifariş ərizəsinə salınacaq.

Bununla bağlı “Neftçi”nin mətbuat xidmətini rəhbəri Gündüz Abbaszadə ilə əlaqə saxladıq.

Publika.az-a danışan klub rəsmisi xəbəri təsdiqlədi: “Kanales Bakıdadır, öz istəyi ilə gəlib. “Neftçi”də çıxış etmək istəyir. Müqavilə bağlanan zaman rəsmi sayt vasitəsi ilə ictimaiyyətə açıqlanacaq”.

Qeyd edək ki, Nikolas Kanales 2012-2013-cü il mövsümündə “Neftçi”də çıxış edib. O, Azərbaycan Premyer Liqasında 31 oyuna 26 qolla bombardir olub.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm