İngilislər “Qarabağ”ın adını səhv yazdılar – FOTO
Bizi izləyin

İdman

İngilislər “Qarabağ”ın adını səhv yazdılar – FOTO

İngilislərin məşhur idman saytı skysports.com “Qarabağ”ın Avropa Liqasının “Tvente”yə qarşı keçiriləcək pley-off mərhələsindən yazıb. Sayt avqustun 21-də keçiriləcək ev oyunu barədə fikir bildirib.

Publika.az xəbər verir ki, skysports.com üzvlərinin proqnozlarına görə, Qurban Qurbanov “4-4-2” sxeminə güvənəcək. Həmçinin Qurbanov bu oyunçulara şans verəcək: Şehiç, Qarayev, Medvedev, Sadıqov, Qurbanov, Hüseynov, Aqolli, Almeyda, Leroy, Nadirov, Dias.

Amma əslində, Maksim Medvedyev və İlqar Qurbanov zədəlidir və onlar oyunu buraxacaqlar.

Bundan əlavə, sayt “Qarabağ”ın adını da səhv yazıb.

Belə ki, sayt təmsilçimizin adını “Qarabağ Azərsu” kimi qələmə verib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm