Rihanna “Hafka”nın klubunu yox, İngiltərə nəhəngini istəyir
Bizi izləyin

İdman

Rihanna “Hafka”nın klubunu yox, İngiltərə nəhəngini istəyir

Məşhur müğənni Rihanna İngiltərənin "Liverpul" klubunun səhmlərini almaq istəyi barədə məlumat vermişdik. (http://publika.az/p/35861 )

Bu xəbər Hafiz Məmmədovun səhmlərini aldığı Fransanın “Lans” klubunun tərəfdarlarını hərəkətə gətirmişdi.

“Lans” tərəfdarları sosial şəbəkələrdə kampaniyaya - “#RihannaForRCLens” (Rihhana “Lans” üçün) haştaqı ilə paylaşımlar etməyə başlamışdılar. Bu dəfə İngiltərə mətbuatı fərqli bir iddia ortaya atıb.

Publika.az xəbər verir ki, İngiltərə mətbuatının iddiasına görə, 26 yaşlı müğənni “Hafka”nın klubunu almaq fikrində deyil.

Belə ki, Rihanna İngiltərənin "Liverpul" klubunun səhmlərini almaq istəyir. Hətta o? artıq klubun sahibi ilə danışıqlara da başlayıb.

Hazırda "Liverpul" ABŞ-ın “Fenway Sports Group” şirkətinə məxsusdur.

Dünyaca məşhur ulduz İngiltərə mətbuatında indidən “Qadın Abramoviç” kimi xatırlanmağa başlayıb.

Xatırladaq ki, Rihanna daha əvvəl "Çelsi"ni almaq fikirində olub.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm