“Qalatasaray”ın əfsanəsi Azərbaycanda çalışacaq?
Bizi izləyin

İdman

“Qalatasaray”ın əfsanəsi Azərbaycanda çalışacaq?

“Qalatasaray”ın əfsanə futbolçularından Ümit Davala karyerasını Azərbaycanda davam etdirə bilər. Publika.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

İddiaya görə, Davala Premyer Liqa klublarından biri ilə danışıqlar aparır. Danışıqlar baş tutarsa, o, klubların birində məşqçi kimi fəaliyyət göstərəcək.

Xəbərdə belə qeyd olunub: "Mustafa Dənizlinin istefasından sonra Azərbaycanda işləyən Oğuz Çətinin ardınca Ümit Davalanı da Azərbaycana gətirmək istəyən səlahiyyətli şəxslər gənc mütəxəssislə danışıqlara başlayıblar".

Davalanın meneceri də onun Azərbaycanda çalışmağa müsbət yanaşdığını bildirib. Menecer hətta Davalanın bəzi klublarla danışıqlar apardığını da deyib.

Xatırladaq ki, 1996-2001-ci illərdə "Qalatasaray" 4 dəfə Türkiyə çempionu olub, 4 ölkə kubokunu, 1 UEFA Kubokunu, 1 Avropa Superkunu qazanıb. Davala İtaliyanın "Milan", "İnter" və Almaniyanın "Verder" klublarında oynayıb. Həmçinin Fatih Terimin dövründə o, "Qalatasaray"da köməkçi-məşqçi işləyib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm