İdmançılarımız Daşkənddə nə gəzir?
Bizi izləyin

İdman

İdmançılarımız Daşkənddə nə gəzir?

Azərbaycanın sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandaları sentyabrın 8-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində start götürəcək dünya çempionatına hazırlaşırlar.

Publika.az-ın verdiyi məlumata görə, hər üç komandamız xaricdə təlim-məşq toplantısındadır.

Qadın güləşi üzrə yığmamızın üzvləri iyulun 31-dən böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında Ukraynanın Zaroslyak şəhərində bu ölkənin millisi ilə birgə toplanışdadır. Hazırlıq prosesi avqustun 17-dək davam edəcək.

Sərbəst güləşçilərimiz dünya çempionatına avqustun 5-dən Belarusun paytaxtı Minskdə bu ölkənin yığması ilə birgə hazırlaşırlar. Baş məşqçi Semyon Çterev, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında keçirilən təlimdə 16 idmançımız iştirak edir. Hazırlıq prosesi avqustun 20-dək davam edəcək.

Yunan-Roma güləşi üzrə yığmamızın üzvləri də dünya çempionatına ölkədən kənarda hazırlaşır. Avqustun 8-dən etibarən Türkiyənin İstanbul şəhərində Türkiyə və Belarus yığmaları ilə birgə keçirilən təlim-məşq toplanışında 14 güləşçimiz iştirak edir. Baş məşqçi Cəmşid Xeyrabadinin rəhbərliyi altında keçirilən toplanış avqustun 22-dək davam edəcək.

Qeyd edək ki, dünya çempionatı sentyabrın 14-də yekunlaşacaq.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm