Boksçumuz üçün erməni rəqib
Bizi izləyin

İdman

Boksçumuz üçün erməni rəqib

Oktyabrda start götürəcək APB (AİBA Professional Boxing) turnirində daha bir çəki dərəcəsində boksçuların adları məlum olub.

Publika.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi Fariz Məmmədovun da mübarizə aparacağı 69 kq çəki dərəcəsində 8 idmançı Olimpiya lisenziyası uğrunda gücünü sınayacaq.

Bu çəki dərəcəsinin əsas favoritlərindən biri 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc, dünya çempionatının gümüş mükafatçısı, rusiyalı Andrey Zamkovoydur. 34 yaşlı Fariz Məmmədov 69 kq çəki dərəcəsinin ən yaşlı idmançısıdır. Bu çəkidə ən gənc idmançı isə Almaniyanı təmsil edən erməni əsilli Arajik Marutyandır.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm