Üsyan - Maaşlarını ala bilmirlər
Bizi izləyin

İdman

Üsyan - Maaşlarını ala bilmirlər

Avroliqanın pley-off mərhələsində “Neftçi"nin rəqibi olan Serbiyanın "Partizan" klubunda maliyyə böhranı daha da böyüyüb. Publika.az xəbər verir ki, bu barədə "La Grinta" nəşri məlumat yayıb.

Məlumata görə, ötən gün futbolçular məşq vaxtı etiraz aksiyası keçiriblər. Onların bu addımı azarkeşlərin klub rəhbərliyinə etiraz məktubunun davamı olub. Məktubda klubun son illər oyunçu satışından 10 milyonlarla gəlir əldə etməsinə baxmayaraq, maliyyə böhranı içində çabalamasından yazılıb. Həmçinin bunun nəticəsi kimi, Çempionlar Liqasının III təsnifat mərhələsində Bolqarıstan "Ludoqorets"inə məğlubiyyətindən narazılıq ifadə olunub.

Heyətdəki futbolçular da bir neçə aydır əməkhaqlarını ala bilmədiklərini bildiriblər. Klubun prezidenti Draqan Curiç isə böhranla bağlı şərhdən imtina edib.

"Partizan"ın kapitanı Saşa İliç "Neftçi" ilə oyuna bir həftə qalmış yaranan situasiyanı yumşaltmaq cəhdi ilə rəhbərliklə vasitəçi rolunda çıxış edir.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm