12 milyonluq plan baş tutmadı
Bizi izləyin

İdman

12 milyonluq plan baş tutmadı

"Tottenhem" klubu "İnter"in yarımmüdafiəçisi Freddi Quarini tez zamanda heyətində görməyi planlaşdırırdı. Lakin klubun planı baş tutmayıb.

Publika.az xəbər verir ki, "İnter" klubu yarımmüdafiəçisi Freddi Quarini "Tottenhem"ə satmaqdan imtina edib. London klubu "İnter"ə Quarinin müqabilində 12 milyon avro və Roberto Soldadonu təklif etmişdi.

28 yaşlı oyunçunun bu yay "İnter"dən ayrılması gözlənilir.

Qeyd edək ki, öncəki mövsümdən o, 32 oyuna çıxıb və 4 qol, 10 məhsuldar ötürməylə yadda qalıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm