Üsyana aydınlıq gətirildi
Bizi izləyin

İdman

Üsyana aydınlıq gətirildi

"Partizan" klubunda maliyyə böhranının daha da böyüməsi, futbolçuların isə bir müddətdir pul ala bilməməsi səbəbindən etirazların başladığı barədə məlumat vermişdik. (http://publika.az/p/36429 )

Publika.az xəbər verir ki, Avroliqanın pley-off mərhələsində “Neftçi"nin rəqibi “Partizan”ın aparıcı üzvləri rəhbərliklə görüşüblər. Görüşdən sonra klubun baş katibi Todd Qallea jurnalistlərə açıqlama verib.

O, açıqlamasında futbolçuların məşqlərini davam etdirəcəklərini deyib. Klub rəsmisi aprelin ikinci yarısından qalan borclarını da tezliklə ödəyəcəklərini söyləyib.

Qeyd edək ki, məvaciblərinin ödənilməməsinə görə "Partizan"ın futbolçuları çərşənbə axşamı məşqə çıxmaqdan da imtina etmişdilər.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm