Stadionun adı dəyişdirilir
Bizi izləyin

İdman

Stadionun adı dəyişdirilir

"Beşiktaş" klubu stadionunun adı dəyişdirilə bilər.

Publika.az-ın məlumatına görə, "qara qartallar"ın yeni stadionu "Vodafone Arena"nın adı dəyişdirilərək klubun vəfat etmiş keçmiş prezidenti Süleyman Sebanın adını daşıya bilər.

Bu barədə "Beşiktaş"ın hazırkı prezidenti Fikrət Orman danışıb.

Qeyd edək ki, "Beşiktaş"ın fəxri prezidenti Süleyman Seba 88 yaşında vəfat edib. Uzun müddətdir nəfəs yollarından müalicə olunan S.Seba dünən gecə dünyasını dəyişib.

Xatırladaq ki, S.Seba 1946-1954-cü illərdə futbolçu kimi "Beşiktaş"ın şərəfini qoruyub. O, 1984/2000-ci illərdə komandanın prezidenti olub. S.Seba əvvəllər Türkiyə millisinin də şərəfini qoruyub.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm