Azərbycanda atıcılıq üzrə beynəlxalq turnir
Bizi izləyin

İdman

Azərbycanda atıcılıq üzrə beynəlxalq turnir

Bu gün Qəbələdə stend atıcılığı üzrə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq Qran-Pri turnirinə start veriləcək.

Publika.az-ın məlumatına görə, Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planında Avropa və dünya çempionatından sonra ən mühüm yarışlar sırasında olan turnirə Azərbaycan ilk dəfə ev sahibliyi edəcək.

“Qəbələ” atıcılıq klubunun təşkilatçılığı, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Atıcılıq Federasiyasının dəstəyi ilə baş tutacaq yarış avqustun 21-nə kimi davam edəcək. Qran-pridə yığmamızla yanaşı, Avstraliya, Azərbaycan, Böyük Britaniya, Belarus, Finlandiya, Gürcüstan, Hindistan, İran, İtaliya, Küveyt, Qazaxıstan, Qətər, Rusiya və Özbəkistan kimi ölkələrin snayperləri öz dəqiqliklərini yoxlayacaqlar.

Azərbaycanı yarışda Olimpiya çempionu Zemfira Meftahətdinova, “Qəbələ” İdman Klubunun vitse-prezidenti, dəfələrlə Azərbaycan çempionu Elvin İsmayılov, Atıcılıq Federasiyasının İcraiyyə Komitəsinin üzvü, “Qəbələ” Atıcılıq Klubunun texniki meneceri, dəfələrlə Azərbaycan çempionu Emin Cəfərov, dünya kubokunun finalçısı, Azərbaycan rekordçusu, “Qəbələ” Atıcılıq Klubunun nümayəndəsi Nurlana Cəfərova, Xanhüseyn Bağırov, Elçin Babayev və Paşa Əhədpur təmsil edəcəklər .

“Qəbələ” İdman Klubunun vitse-prezidenti Elvin İsmayılov bildirib ki, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan yarışa təşkilatçılıq etmək böyük fərəh hissidir: “Bütün il ərzində bu yarışa səmərəli hazırlıqlar görmüşük. Ümidvarıq ki, sərf etdiyimiz əmək öz bəhrəsini verəcək və biz bu yarışda ölkəmizi layiqincə təmsil edəcəyik”.

Qeyd edək ki, ümumi mükafat fondu 81 min ABŞ dolları olan Qran-pridə 150-yə yaxın idmançı dairəvi və səngər stend növləri üzrə mübarizə aparacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm