Bakı bir ay gözləməli olacaq
Bizi izləyin

İdman

Bakı bir ay gözləməli olacaq

AVRO-2020-nin final mərhələsini qəbul edəcək şəhərlərin adının açıqlanacağı tarix elan edilib.

Publika.az xəbər verir ki, sentyabrın 19-da, saat 13:00-da (Bakı vaxtı ilə saat 16:00-da) UEFA İcraiyyə Komitəsinin Cenevrə şəhərində keçiriləcək iclasında yarışı qəbul edəcək 13 şəhərin adı elan olunacaq.

Xatırladaq ki, yarışa 19 ölkə namizəddir. Onların sırasında paytaxtımız Bakı da var.

Bunların 12-si standart olacaq. Yəni hər bir zərfdə qrup mərhələsinin 3, pley-off (1/8 final və ya 1/4 final) mərhələsinin 1 oyunu yer alacaq. Daha 1 zərfə isə yarımfinallar və final matçı daxil ediləcək.

Bütün namizəd ölkələrin siyahısı belədir:

Azərbaycan (Bakı), Rusiya (Sankt-Peterburq), Belarus (Minsk), Belçika (Brüssel), Bolqarıstan (Sofiya), Danimarka (Kopenhagen), Şotlandiya (Qlazqo), İspaniya (Bilbao), Macarıstan (Budapeşt), İrlandiya (Dublin), İsrail (Yerusəlim), İtaliya (Roma), Makedoniya (Skopye), Hollandiya (Amsterdam), Uels (Kardiff), Rumıniya (Buxarest), İsveç (Stokholm), İngiltərə (London), Almaniya (Münhen).

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm