Maradonanın həyatı təhlükədə - FOTO
Bizi izləyin

İdman

Maradonanın həyatı təhlükədə - FOTO

Futbolun yaşayan əfsanəsi Dieqo Maradona xəstəxanalıq olub. Maradona Argentinanın paytaxtı Buenos-Ayresdə bir klinikaya yerləşdirilib. Onun xəstəxanada çəkilmiş şəkillərini görən azarkeşlər “Twitter”dən sabiq futbolçuya “keçmis olsun” diləklərini çatdırıblar.

Hətta ölkənin mətbu orqanlarında "Maradonanın həyati təhlükəsi olduğu üçün xəstəxanaya yerləşdirildi" başlığı altında xəbərlər yayılıb.

Publika.az xəbər verir ki, bu məlumatlar ulduz oyunçunun pərəstişkarlarının narahatlığına səbəb olub.
Lakin bu məlumat Maradonanın qızı Dalma tərəfindən təkzib edilib. Şəxsi "Twitter" hesabında açıqlama verən Dalma atasının tibbi müayinədən keçmək üçün Buenos-Ayresdə bir klinikaya aparıldığını bildirərək, heç bir narahatçılığa lüzum olmadığını deyib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm