Foqts Lənkərana niyə gedib?
Bizi izləyin

İdman

Foqts Lənkərana niyə gedib?

Futbol üzrə milli komandamızın məşqçilər korpusu Azərbaycan Premyer Liqasının ikinci turunda keçiriləcək oyunları izləyəcək.

Publika.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, baş məşqçi Berti Foqts bu gün keçiriləcək "Xəzər Lənkəran" – "Sumqayıt", qapıçılar üzrə məşqçi Ulrix Ştayn "Qarabağ" – "İnter", məşqçi Aslan Kərimov sabah oynanılacaq "Simurq" – AZAL, məşqçi Mahmud Qurbanov isə "Qəbələ" – "Araz-Naxçıvan" qarşılaşmalarında stadionda olacaqlar.


Qeyd edək ki, Foqtsun izləyəcəyi matç hakim Orxan Məmmədovun idarəçiliyi ilə bu gün saat 20:00-da “Xəzər Lənkəran” mərkəzi stadionunda baş tutacaq.



Oxumağa davam et
Reklam
Reklam

Gündəm