Söz-söhbətlərə son qoydu
Bizi izləyin

İdman

Söz-söhbətlərə son qoydu

"Borussiya"nın(Dortmund) yarımmüdafiəçisi Marko Roysun adı "Atletiko"yla çox hallanır. Roysun Madrid klubuna keçəcəyi, hətta bununla bağlı danışıqların da balşadığı iddia edilirdi. La Liqa çempionunun alman futbolçuya görə 27 milyon avro ödəməyə hazır olduğu barədə xəbərlər yayılmışdı.

Publika.az xəbər verir ki, “Atletiko”nun icraçı direktoru Migel Anxel Marin məsələyə münasibət bildirib. O mətbuata açıqlamasında yayılan şayiələrə son qoyub:

"Roys heç vaxt "Atletiko"nun transfer etmək istədiyi futbolçuların siyahısında yer almayıb. Heç bir danışıqlar getməyib".


Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm