Dopinqdə günahlandırılan idmançılarımızın cəzası artacaq
Bizi izləyin

İdman

Dopinqdə günahlandırılan idmançılarımızın cəzası artacaq

Azərbaycan Ağır Atletika Federasiyasının cəzası artırıla bilər.

Publika.az-ın əldə etdiyi məlumata görə, artıq bu barədə AAAF-a xəbər verilib.

Cəzanın artırılmasına səbəb Beynəlxalq Ağır Atletika Federasiyasına verilməli olan 500 min dollar cərimənin hələ də ödənilməməsidir.

Məlumata görə, beynəlxalq qurum cəriməni ödəməsi üçün Azərbaycan Ağır Atletika Federasiyasına vaxt qoyub. Əgər deyilən vaxt ərzində cərimə ödənilməsə, federasiya və idmançılara veriləcək cəza 2 dəfə artırılacaq.

Xəbəri dəqiqləşdirmək istəsək də, federasiyadan cavab verən olmadı.

Xatırladaq ki, 18 nəfər azərbaycanlı ağır atlet dopinq qəbul etməkdə günahlandırılaraq cəzalandırılmışdı.

Zülfüqar Süleymanov ömürlük diskvalifikasiya olmuşdu.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm