Dünyanın ən pis “aktyor”ları - Azərbaycanlı da var
Bizi izləyin

İdman

Dünyanın ən pis “aktyor”ları - Azərbaycanlı da var

Dünyanın ən pis “aktyor”ları-Azərbaycanlı da var

Məşhur "Bleacherreport" saytı dünyanın ən pis simulyasiya edən 10 futbolçusunu müəyyənləşdirib. Publika.az həmin siyahını təqdim edir:

1. Rivaldo

Braziliya və Türkiyə arasında keçirilən DÇ-2002-nin matçında braziliyalı Rivaldo peşəkar aktyorların belə həsəd aparacağı "kino" çıxartmışdı.

2. Morten Pedersen

"Arsenal"la "Blekbern" arasında keçirilən Premyer Liqa matçında həmin vaxt "Blekbern"in formasını geyinən Morten Pedersen özünü yerə atmaqda bir az gecikincə məqsədinə çata bilməmişdi.

3. Anders Fostervold

"Molde" və "Stabaek" arasında keçirilən oyunda "Molde"inin oyunçusu Anders heç nə olmadan özünü yerə atmışdı. Lakin o, hakimi aldada bilməmişdi.

4. Aleksandr Əliyev

"Dinamo" və "Arsenal" arasında keçirilən Çempionlar Liqasının matçında Kiyev klubunun Azərbaycan əsilli futbolçusu Aleksandr Əliyev özünü yerə atsa da, hakim ona inanmamışdı.

5. Brian Karrasko

Çili və Ekvadorun U-20 yığmaları arasında oynanan qarşılaşmada çilili Brian Karrasko zorla özünə qarşı kobudluq etdirib hakimdən cərimə zərbəsi almağa çalışmışdı.

6. Kile Lafferti

"Aberdin" və "Reyncers" arasındakı Şotlandiya çempionatı matçında Kile Lafferti rəqibi ona toxunmadan özünü yerə atmışdı.

7. Fernando Torres

DÇ-2010-un İspaniya - Çili matçında ispan Fernando Torres özü özünü yerə yıxaraq cərimə zərbəsi gözləyincə gülünc vəziyyətə düşmüşdü.

8. Serxio Buskets

"İnter"lə "Barselona" arasında 2010-cu ildə keçirilən Çempionlar Liqası matçında "Barselona"lı Serxio Buskets özünü yerə atmış, amma maraq ona güc gəldiyindən gözucu hakimə baxmağa da vaxt tapmışdı.

9. Eşli Yonq

"Real Sosyedad"la "Mançester Yunayted" arasındakı Çempionlar Liqası matçında İngiltərə klubundan Eşli Yonq özünü gülünc şəkildə yerə atınca, gülüş hədəfinə çevirilmişdi.

10. Yurgen Klinsmann

DÇ-1990-nın Argentina - Almaniya matçında almanların əfsanəvi futbolçusu Yurgen Klinsman adına yaraşmayan şəkildə özünü yerə yıxaraq, tənqidləri üzərinə çəkmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm