• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Sərxoş futbolçu və sevgilisi döyüldü

  • İdman
  • 18 Avqust 2014 13:54
  • 1 695 Baxış
Sərxoş futbolçu və sevgilisi döyüldü

Rumıniyanın "Rapid Buxarest" klubunun formasını geyən Dan Sandulesku utancverici bir hərəkət edib. Futbolçu səhərə yaxın sərxoş çıxdığı bir barın qarşısında sevgilisini döyüb.

Publika.az xəbər verir ki, bu barədə Rumıniyanın cancan.ro saytı məlumat yayıb.

Məlumata görə, sevgilisiylə mübahisə etməyə başlayan Sandulesku bir müddət sonra ona yumruq atıb. Davaya müdaxilə edən bir qrup romalı futbolçuya hücum edərək onu itələyib yerə yıxıb.

Sanduleskunun kənardakılarla başlayan davasından sevgilisi də payını alıb, yumruqlar ona da dəyib. Özünü toplayıb qrupun üzərinə hücum etmək istəyən futbolçu istəyinə nail ola bilməyib və daha bərk əzişdirilib.

Hadisədən sonra bazaya gələn futbolçu hərəkəti və davranışından utanaraq baş məşqçisi Viorel Moldovana hadisənin səbəbini anladıb və futbolu buraxmaq istədiyi deyib. Lakin baş məşqçi uzun söhbətdən sonra oyunçunu futbola davam etməyə razı salıb. Sandulesko söz verib ki, bu hal bir daha təkrarlanmayacaq.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR