“Beşiktaş”lılardan dünyanın ən böyük rekorduna hazırlıq – FOTOLAR
Bizi izləyin

İdman

“Beşiktaş”lılardan dünyanın ən böyük rekorduna hazırlıq – FOTOLAR

Avqustun 19-da oynanılacaq Çempionlar Liqasının play-off mərhələsinin ilk matçına "Beşiktaş"ın azarkeş qrupu olan "Çarşı" önəmli bir hazırlıq görüb.


Belə ki, “Çarşı”, komandasının “Arsenal”la oynanılacaq matçına rekord qıracaq bir plan qurub.

Publika.az-ın verdiyi məlumata görə, "Çarşı" qrupu çərşənbə axşamı günü tribunada açmaq üçün dünyanın əllə düzəldilən ən böyük pankartını hazırlayıb.

Bu hazırlıqların şəkilləri “twitter”də paylaşılıb. Fotolara yazılan şərhdə böyük bir azarkeş qrupunun bu plakat üçün xüsusi kombinezonlar geyib, günlərdir hazırlaşdıqları yazılıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm