• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Baş katib qiyamdan sonra “Neftçi”ni Bayıla “saldı” – ÖZƏL

  • İdman
  • 19 Avqust 2014 11:42
  • 792 Baxış
Baş katib qiyamdan sonra “Neftçi”ni Bayıla “saldı” – ÖZƏL

Uzun müddətdir maliyyə böhranı ilə üzləşən “Neftçi”nin uşaq futbolunda da problemlərin yarandığı barədə məlumat vermişdik.

Qeyd edək ki, “Neftçi”də uşaqların qiyamı” başlıqlı yazıda vurğulanırdı ki, “Neftçi”nin uşaqlardan ibarət qrupları milli olimpiya komandalarının təlim-məşq bazasında (“Neftçibaza” adlanan məkanda) hazırlıq keçir. Bu baza şəhərin mərkəzində - Azadlıq prospektində yerləşdiyi üçün valideynlər uşaqlarını məşqə rahat gətirə bilir. http://publika.az/p/34863

Amma klubda yaşanan maliyyə böhranı “Neftçi”ni bu bazadan imtina etməyə vadar edib. Klub icarə haqqı olaraq hər ay bazaya 7 min manat ödəməlidir. Artıq 5 aydır ki, vəsait ödənilmir. Baza rəhbərliyi isə borcu tələb edir. Vəziyyətin cıxılmaz olduğunu görən klub rəhbərliyi uşaqları Lökbatanda yerləşən stadiona köçürmək istəyir.

Ancaq uşaqların valideynləri bu qərarla razılaşmır. Avqustun 3-də milli olimpiya komandalarının təlim-məşq bazasında valideynlərin etiraz aksiyası keçirilib. Onlar klub rəhbərliyindən tələb ediblər ki, bazaya borc ödənilsin və uşaqlar burda məşq keçsinlər.

Valideynlər bildiriblər ki, əks təqdirdə, uşaqlarını “Netçi”dən ayıracaqlar. Valideynlərlə söhbət edən “Neftçi” rəhbərliyi uşaqların Lökbatana aparılıb-gətirilməsi üçün avtobus ayrılacağını bildirsə də, valideynlər buna inanmayıblar. Onlar “avtobusa verməyə pulunuz varsa, elə bazaya olan borcu ödəyin” deyiblər.

Artıq bu problem həllini tapıb. “Neftçi”nin adının çəkilməsini istəməyən rəhbər şəxslərindən birinin Publika.az-a verdiyi məlumata görə, klubla valideyinlər arasında kompromis variant əldə edilib. Bundan sonra “Neftçi”nin uşaq komandaları Bayılda yerləşən stadionda məşq edəcəklər.

Məlumat verən mənbə bildirdi ki, bu qərarın da arxasında pərdəarxası oyun var. Belə ki, Bayılda yerləşən stadion AFFA-ya məxsusdur və qurumun baş katibi Elxan Məmmədovun nəzarətindədir. Valideyinlərin etirazından maksimum yararlanan baş katibin diqtəsi “Neftçi” rəhbərliyini məcbur edib ki, Bayıl stadionunu seçsin. Bu stadiondan istifadəyə görə nə qədər icarə haqqı ödəniləcəyi isə açıqlanmır.

Onu da qeyd edək ki, milli olimpiya komandalarının təlim-məşq bazası Gənclər və İdman Nazirliyinin balansındadır. Baş katib nazirliyin balansında olan stadionlardan yararlanan bütün klublara göstəriş verib ki, AFFA-nın nəzdində olan arenalardan istifadə etsinlər.

AFFA ilə Gənclər və İdman Nazirliyi arasında gedən “soyuq müharibə”nin detalları barədə müəyyən bilgilər əldə etmişik. Bu barədə oxuculara məlumat verəcəyik.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR