İdman
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatına start verildi
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı ilə Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatına start verilib.
Publika.Az-ın verdiyi xəbərə görə, 2 mərhələdən ibarət Çempionatın I mərhələsi (təsnifat-seçim yarışları) 1-2 fevral, II mərhələsi (yarımfinal və final) 8-9 fevral 2014-cü il tarixlərində baş tutacaq.
Beynəlxalq federasiyaların tələbləri və şərtlərinə uyğun olaraq təşkil olunan çempionatda Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının nəzdində fəaliyyət göstərən Respublikanın müxtəlif bölgələrindən olan klubların (Bakıdan “Climb-club”, “Rock stone”, “EXTRALİFE”, “Qərb Universiteti idman klubu”, Azərbaycan Turizm İnstitutunun “AMEAST”, Bədən Tərbiyəsi və İdman Akademiyasının “Gənclik”, “İqtisad Universiteti idman klubu”, Milli Aviasiya akademiyasi, Qusardan “Salavat”, “Qusar” və “Zirvə”, Qaxdan “Extremal” və s.) idmançıları iştirak edir.
Şaxtalı hava şəraitinə baxmayaraq idmançılar qarşılarına qoyduqları məqsədə müvəffəq olmaq üçün iradə, qətiyyət, məharət və ustalıq nümayiş etdirirlər. İdmançılar arasında təsnifat-seçim mərhələsini uğurla keçərək final - çətinlik və sürət mərhələsinə vəsiqə qazanmaq uğrunda qızğın mübarizə gedir.
İlbəil iştirakçılarının sayı artan bu kimi yarışların ölkəmizdə təşkili buzadırmanma idman növünün inkişafına, idmançılarımızın bu idman növü üzrə texnikasını təkmilləşdirməyə, eyni zamanda beynəlxalq idman dırmanması və buzadırmanma təşkilatları ilə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının əlaqələrinin daha da genişləndirilməsinə şərait yaradır.
Qeyd edək ki, son dövrlərdə ölkəmizdə bu kimi beynəlxalq əhəmiyyətli yarışların keçirilməsi artıq ənənəyə çevrilib.
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...