AFFA hakimi söyən məşqçini cəzalandırdı
Bizi izləyin

İdman

AFFA hakimi söyən məşqçini cəzalandırdı

AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Publika.az xəbər verir ki, komitə üzvləri əvəzedicilərin çempionatının II turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət veriblər.

“Xəzər Lənkəran”-“Sumqayıt” matçının 79-cu dəqiqəsində qonaqların baş məşqçisi Samir Abbasov hakimləri təhqir etdiyinə görə meydandan kənarlaşdırılıb. İntizam Komitəsi onu 5 oyunluq cəzalandırıb, klubu 2500 manat cərimə edib.

Xatırladaq ki, Samir ötən mövsüm Premyer Liqa oyununda hakimi təhqir etdiyinə görə uzunmüddətli cəza almışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm