Dava düşdü: “Tərbiyəsiz futbolçuya bizdə yer yoxdur”
Bizi izləyin

İdman

Dava düşdü: “Tərbiyəsiz futbolçuya bizdə yer yoxdur”

Türkiyənin "Trabzonspor" klubunun baş məşqçisi Vahid Halilhodziçlə futbolçusu Florent Maluda arasında mübahisə yaranıb.

Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Avstriyada təlim-məşq toplanışı zamanı məşqçi ilə fransalı oyunçu əvvəlcə bir-birinin ünvanına sərt ifadələr səsləndiriblər. Mübahisə daha da böyüyüb, davaya çevrilib.

Bu zaman Maludanın köynəyi cırılıb. Digər futbolçuların müdaxiləsi ilə davanın qarşısı alınıb. Məşqçi futbolçunun onun ünvanına qeyri-etik sözlər işlətdiyini deyib.

Heyətdən kənarlaşdırılan Maluda artıq klub rəhbərliyinə "Trabzonspor"dan ayrılmaq istədiyini bildirilib. V.Halilhodziç də oyunçunun satılmasını çox istəyir. İddiaya görə, V.Halilhodziç “belə bir tərbiyəsiz futbolçunun komandada yeri yoxdur” ifadəsini işlədib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm