Ronaldodan azarkeşlərinə üzücü xəbər
Bizi izləyin

İdman

Ronaldodan azarkeşlərinə üzücü xəbər

"Real"ın ulduz futbolçusu Kriştiano Ronaldo yenə zədələnib.

Publika.az xəbər verir ki, portuqaliyalı hücumçu İspaniya superkubokunda "Atletiko" ilə ilk matçın ikinci hissəsində Xames Rodriqeslə əvəzlənib.

Hər kəs futbolçunun bu durumundan narahat olub.

Baş məşqçi Karlo Ançelotti matçdan sonra Ronaldonun vəziyyəti haqda danışıb. K.Ançelotti futbolçunun ağrılarının olduğunu, onun tibbi müayinədən keçəcəyini deyib: "Ronaldo bizə ağrılarının olduğunu dedi. O, tibbi müayinədən keçəcək. Ronaldonun zədəsinin çox ciddi olduğunu düşünmürük".

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm